İcraatda iştirak edən tərəflərin geniş hüquqları müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tərəflər icraat materialları ilə tanış olmaq, onlardan çıxarış və surətlər götürmək, əlavə materiallar təqdim etmək və vəsatətlər vermək hüququna malikdirlər. Onlar icra hərəkətlərində iştirak edə, şifahi və yazılı izahatlar verə, digər şəxslərin vəsatət və dəlillərinə etiraz edə bilərlər. Tərəflər həmçinin icra məmuruna etiraz etmək və onun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət vermək hüququna malikdirlər.