Mütəxəssis icra məmurunun çağırışı ilə gəlməli və ona, eləcə də tərəflərə verilən sualları cavablandırmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
O, şifahi və yazılı məsləhətlər və izahatlar verməli, icra məmuruna texniki kömək göstərməlidir.
Mütəxəssisin icraat zamanı gördüyü işə görə haqq almaq hüququ vardır.
Ona ödənilən haqq icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə aid edilir.
