Borclunun tələbkarın tələblərini təmin etmək üçün manatla kifayət qədər pul vəsaiti olmadıqda tələb onun xarici valyutada olan vəsaitlərinə yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Pul vəsaitlərinin digər ödəniş hesablarına yönəldilməsi və hesabların üzərinə həbs qoyulması ilə bağlı qaydalar ödəniş xidmətləri haqqında qanunvericiliyə uyğun tətbiq edilir.
Bu qaydalar ödəniş hesablarına xidmət göstərən ödəniş xidməti təchizatçılarına da şamil olunur.
Beləliklə, borclunun manat hesablarında kifayət qədər vəsait olmadıqda digər valyutada olan maliyyə aktivlərindən istifadə edilə bilər.