Fiziki şəxsin icra sənədi icra edilərkən borclu və ailə üzvləri üçün zəruri olan bir sıra əşyalara tələb yönəldilə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Belə əşyalara qida məhsulları, daimi istifadə edilən qab-qacaq və mətbəx ləvazimatı, digər ilk zərurət əşyaları daxildir.
İxtisas üzrə kitablar və peşə fəaliyyəti ilə məşğul olmaq üçün avadanlıq da tələbin yönəldilə bilmədiyi əmlaka daxildir.
Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi əmlak növlərinə də fiziki şəxsin borcuna görə tələb yönəldilə bilməz.