Alimlər adi buzdan 10 dəfə möhkəm və qırılmadan əvvəl 70 dəfə daha çox enerji udan “BioPykrete” adlı material hazırlayıblar.Heftelik.az Bakupost.az-a istinadən xəbər verir ki, yeni material buz, bitki mənşəli sellüloz nanokristalları və xüsusi zülalın birləşməsindən yaradılıb.
“BioPykrete”nin Antarktida və digər soyuq bölgələrdə tikinti materialı kimi istifadəsi nəzərdən keçirilir. Lakin material hələ sınaq mərhələsindədir.
