Mərkəzi Bank bankın və xarici bankın yerli filialının fəaliyyəti ilə bağlı audit sənədlərini və məlumatlarını kənar auditordan tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Auditor Mərkəzi Bankın yazılı sorğusuna əsasən tələb olunan sənəd və məlumatları təqdim etməlidir.
Sənədlər sorğuda müəyyən edilmiş müddətdə Mərkəzi Banka verilməlidir.
Bu tələb nəzarət funksiyasının həyata keçirilməsi üçün zəruri olan məlumatların əldə edilməsinə imkan verir.
