Polis əməliyyat-axtarış fəaliyyəti ilə bağlı qanunvericilikdə müəyyən edilmiş hüquqları həyata keçirə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis cinayətin törədilməsi şəraitinin və cinayəti törədən şəxsin müəyyənləşdirilməsi üçün dövlət informasiya vasitələrinin imkanlarından istifadə edə bilər. Həmin imkanlardan zərərçəkənlərin və şahidlərin müəyyənləşdirilməsi, həmçinin gizlənən cinayətkarların axtarışı üçün də istifadə olunur. Xəbərsiz itkin düşmüş şəxslərin axtarışı zamanı dövlət informasiya vasitələrindən pulsuz istifadə edilə bilər.
