Polis yol hərəkəti qaydaları və sürücülük vərdişləri üzrə imtahanlar qəbul edir. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Polis nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqələrini də verir. Bu səlahiyyət sürücülərin yol hərəkəti qaydaları və idarəetmə vərdişləri üzrə biliklərinin yoxlanılmasını əhatə edir. Sürücülük hüququnun rəsmiləşdirilməsi qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilir.
