Polis sahibsiz əmlakın və dəfinələrin mühafizəsini onların müvafiq dövlət orqanlarına, vəzifəli şəxslərə və ya qanuni sahiblərinə təhvil verilməsinədək təmin edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polisə təhvil verilmiş tapılmış sənədlər, əşyalar və digər əmlak da müəyyən edilmiş qaydada saxlanılmalıdır.
Polis qanunvericilikdə nəzərdə tutulmuş hallarda qeydiyyat və uçot işlərini də aparır.
Bu vəzifələr əmlakın və tapılmış əşyaların qanuni sahiblərinə qaytarılmasına qədər onların qorunmasını təmin etməyə yönəlib.
