Polis əməkdaşının ümumi vəzifələrindən biri hazırlanan cinayət və ya digər hüquqpozmaların qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görməkdir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis əməkdaşı cinayət və ya digər hüquqpozma törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görməlidir.
O, cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etməli və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görməlidir.
Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi də polis əməkdaşının ümumi vəzifələrinə daxildir.
