Fiziki və hüquqi şəxslər haqqında polis tərəfindən yayılan məlumatların həqiqətə uyğun olmadığı müəyyənləşdirildikdə həmin məlumatlar təkzib edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, polis belə məlumatları bir ay müddətində təkzib etməlidir.
Təkzib məlumatların ilkin yayıldığı formada həyata keçirilməlidir.
Bu tələb fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunmasına xidmət edir.