Xüsusi vasitələr sırasına dəyənəklər, əl-qolu bağlama və elektroşok vasitələri, xüsusi təyinatlı gözyaşardıcı qazlar və rezin güllələr daxildir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Qanunda suatan vasitələr və nəqliyyatın məcburi dayandırılması vasitələri də xüsusi vasitələr kimi göstərilir.
Bundan başqa, Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş digər xüsusi vasitələr də bu anlayışa daxildir.
Xüsusi vasitələrin tətbiqi polis fəaliyyətində qanunvericiliklə müəyyən edilmiş qaydalara əsaslanır.
