Tələbkarın xahişi ilə icraat dayandırıldıqda borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə halda tələbkar 6 ay müddətində icra sənədi üzrə icraatın təzələnməsi barədə müraciət edə bilməz. Bu müddət elektron hərracla bağlı sifarişin ləğv edildiyi tarixdən tətbiq olunur. Altı aylıq müddət başa çatdıqdan sonra tələbkar qanunla müəyyən edilmiş qaydada icraatın təzələnməsi üçün müraciət edə bilər.
