İcraatda olan iş üzrə qəbul edilmiş məhkəmə aktlarından verilən apellyasiya və kassasiya şikayətləri müəyyən hallarda icraatın dayandırılmasına gətirib çıxarır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Bunun üçün həmin şikayətlərin müvafiq məhkəmələrin icraatına qəbul edilməsi tələb olunur. Məhkəmə aktından verilmiş şikayət Konstitusiya Məhkəməsinin icraatına qəbul edildikdə də icraat dayandırılır. Beləliklə, məhkəmə aktlarına yenidən baxılması ilə bağlı proseslər davam etdiyi müddətdə onların icrasının dayandırılması nəzərdə tutulur.
