Məhkəmə əmrlərinin icraya yönəldilməsi zamanı onların verildiyi vaxtdan 10 gün müddət keçdikdən sonra müddət hesablanır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məhkəmə qərarları əsasında verilən icra sənədləri üzrə müddət, bir qayda olaraq, qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hesablanır.
Qərarın icrasının təxirə salınması və ya icrasına möhlət verilməsi müəyyən edildikdə müddətin hesablanması həmin müddətin başa çatması ilə əlaqələndirilir.
Qərarın dərhal icra edilməli olduğu hallarda isə müddət onun qəbul edildiyi günün ertəsi günündən hesablanır.