İcra sənədi qanunda müəyyən edilmiş tələblərə uyğun olmadıqda icra məmuru onu geri qaytarır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Sənəd daxil olduğu vaxtdan ən geci üç gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana qaytarılmalıdır.
İcra məmuru bu barədə müvafiq qərar qəbul edir və qərarın qəbul edildiyi vaxtdan bir gün ərzində tələbkara məlumat verir.
Qaytarılma haqqında qərarda sənədin geri qaytarılmasının əsasları göstərilir.