Məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanların verdiyi qısamüddətli mühafizə orderləri icra sənədi sayılır.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanunla müəyyən edilmiş digər orqanların qərarları da müvafiq hallarda icra sənədi hesab edilə bilər.
Belə sənədlər məcburi icranın həyata keçirilməsi üçün hüquqi əsas yaradır.
İcra sənədlərinin dairəsi qanunun müvafiq maddəsində ayrıca müəyyənləşdirilib.