Məişət zorakılığı ilə bağlı işlərə baxmaq səlahiyyəti olan orqanlar tərəfindən verilən qısamüddətli mühafizə orderləri də icra predmetidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər orqanların qərarlarının icrasını da əhatə edir.
Belə qərarların məcburi icrası qanunla müəyyən edilmiş qayda və şərtlər əsasında həyata keçirilir.
Bununla icra prosesinin müxtəlif hüquqi əsaslarla qəbul edilmiş qərarlara şamil olunması təmin edilir.