Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişini 2031-ci ilə qədər imzalamağa və ratifikasiya etməyə ümid edir.
Heftelik.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o bu barədə hökumətin iclasında danışıb.
“Mən şəxsən qarşımda tapşırıq, konkret qrafik qoymuşam. Bu, 2031-ci ilə qədər həmin məsələnin həllinə nail olmaqdır”.
Paşinyan vurğulayıb ki, belə bir imkanın mümkün olduğunu görür, əks halda bu mövzunu qaldırmazdı.
