İcraata başlamaq haqqında qərar borcluya təqdim edildikdən sonra ən geci bir ay müddətində onun əmlakına həbs qoyulur.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Təxirəsalınmaz hallarda əmlaka həbs qərarın borcluya təqdim edilməsi ilə eyni vaxtda qoyula bilər.
Əmlaka həbs qoyulması onun siyahıya alınmasını və sərəncam vermək hüququnun qadağan edilməsini əhatə edir.
Zəruri hallarda əmlakdan istifadə hüququ məhdudlaşdırıla, əmlak götürülə və ya saxlanmaq üçün verilə bilər.
