Borclunun kifayət qədər pul vəsaiti olmadıqda tələb qanunvericiliyə əsasən tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, onun digər əmlakına yönəldilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Borclu tələbin ilk növbədə hansı əmlaka və əşyalara yönəldilməsini icra məmuruna bildirmək hüququna malikdir.
Bu müraciət icra sənədinin icrasına mane olmursa, icra məmuru borclunun istəyini təmin etməlidir.
Tələbin əmlaka yönəldilməsi həmin əmlakın üzərinə həbs qoyulmasını, götürülməsini və satılmasını əhatə edir.