İcra məmurlarının fəaliyyətinə maneçilik törədildikdə və ya onların həyatı və sağlamlığı üçün təhlükə yarandıqda müvafiq dövlət orqanı onlara kömək göstərməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Digər dövlət orqanları və qurumları da öz əsasnamə və nizamnamələrinə uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsinə yardım etməlidirlər.
İcra məmurlarının borclunun əmlakı, pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumat əldə etmək hüququ vardır.
Bu məlumatların “Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilməsi mümkündür.