Fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxslərin hüquq və qanuni mənafeləri icraatda qanuni nümayəndələri tərəfindən müdafiə edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Qanuni nümayəndələr sırasında valideynlər, övladlığa götürənlər, qəyyumlar, himayəçilər və qanunvericilikdə nəzərdə tutulan digər şəxslər yer alır. Onlar öz səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etməlidirlər. Qanuni nümayəndələr icraatda iştirak etməyi seçdikləri başqa şəxsə nümayəndə qismində tapşıra bilərlər.
