İcraatda tərəflərlə yanaşı onların icra hərəkətləri zamanı vəzifələri də müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tərəflər icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini yerinə yetirməlidirlər. Bu vəzifə icra prosesinin qanunvericiliyə uyğun həyata keçirilməsini təmin etməyə yönəlib. Tərəflərin qanunla verilmiş hüquqlarından istifadə etməsi onların icra prosesində müəyyən edilmiş vəzifələrinə əməl etməsini istisna etmir.
