Tələbkarın ərizəsi əsasında icra sənədi qaytarıldıqda borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Belə halda tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. İcra sənədinin qaytarılması tələbkarın ərizəsi ilə baş verdikdə avans ödənişi ona tam qaytarılır. Digər əsaslarla qaytarılma zamanı isə icra xərcləri çıxıldıqdan sonra avansın qalan hissəsi tələbkara verilir.