Müvəqqəti inzibatçının fəaliyyətinə onun təyinat müddəti başa çatdıqda xitam verilir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Ödəmə qabiliyyətini itirmiş bank məcburi ləğv edildikdə və ya müflis elan olunduqda da müvəqqəti inzibatçının fəaliyyəti dayandırılır. Rezolyusiya ilə bağlı tədbirlər planının icrası başa çatdıqda da onun fəaliyyətinə xitam verilir. Plan nəzərdə tutulan müddətdə icra edilmədikdə və ya ödəmə qabiliyyətinin bərpası üzrə tədbirlər nəticə vermədikdə Mərkəzi Bank fəaliyyətə vaxtından əvvəl xitam verilməsi və bankın lisenziyasının ləğvi barədə qərar qəbul edir.