Aktivlərin keyfiyyətinin pisləşməsinin qarşısını almaq tələb olunduqda bankın verdiyi kreditlər restrukturizasiya edilə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Restrukturizasiya çərçivəsində kreditlərin ödəmə müddəti uzadıla, faizlər azaldıla və ya ləğv edilə bilər. Həmçinin ümidsiz borcların silinməsi həyata keçirilə bilər. Bu tədbirlər bankın aktivlərinin keyfiyyətinin qorunmasına və maliyyə vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.