Ödəmə qabiliyyətini itirmiş bank ən geci 9 ay müddətinə müvəqqəti inzibatçı tərəfindən idarə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Mərkəzi Bank bu müddəti əlavə olaraq 3 ayadək uzada bilər.
Bu müddət ərzində bankın rezolyusiyası ilə bağlı qanunda nəzərdə tutulan tədbirlər həyata keçirilir.
Rezolyusiya çərçivəsində bankın sağlam banka qoşulması və ya aktiv və öhdəliklərinin başqa banka köçürülməsi mümkün variantlardandır.
