Mərkəzi Bank bankın fəaliyyətinin və daxili nəzarətinin həyata keçirilməsi qaydasında dəyişikliklər edilməsini tələb edə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Təshih tədbirləri sırasında bank səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçirilməsinin tələb edilməsi də nəzərdə tutulur.
Qanunda göstərilən tədbirlərdən biri və ya bir neçəsi eyni vaxtda tətbiq edilə bilər.
Tədbirin seçilməsi bankda aşkar edilmiş pozuntunun xarakterindən asılı olaraq həyata keçirilir.