Mərkəzi Bank başqa şəxslərin tələbi ilə banklarda və xarici bankların yerli filiallarında yoxlama keçirməyə və onlardan hesabat və ya informasiya almağa səlahiyyətli deyil.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qaydadan xarici bank tənzimləməsi və nəzarəti orqanlarının qarşılıqlılıq prinsipinə əsaslanan sorğuları istisna təşkil edir.
Məhkəmənin qüvvəyə minmiş qərarı ilə nəzərdə tutulan hallar da istisna olaraq müəyyən edilir.
Beləliklə, banklarda yoxlama və məlumat əldə edilməsi qanunda nəzərdə tutulan əsaslarla məhdudlaşdırılır.
