Yerli filialı və ya nümayəndəliyi olan xarici bank həmin filial və nümayəndəliklərin auditinin konsolidasiya əsasında həyata keçirilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Konsolidə edilmiş audit xarici bankın yerli struktur bölmələrinin fəaliyyətinin ümumi audit çərçivəsində qiymətləndirilməsini nəzərdə tutur.
Bu tələb yerli filial və nümayəndəliklərin audit prosesinin xarici bankın ümumi audit sistemi ilə əlaqələndirilməsini təmin edir.
Xarici banklar bu prosesin qanunvericiliyin tələblərinə uyğun təşkilinə məsuldur.