Bankın aktiv və ya öhdəliklərinin qanunda nəzərdə tutulan qaydada köçürülməsi, ötürülməsi və ya satılması zamanı məlumatlar onları qəbul edən şəxslərə verilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb.
Bu qayda bank aktivlərinin və öhdəliklərinin digər şəxslərə keçirilməsi prosesinə şamil edilir.
Məlumatların təqdim edilməsi müvafiq əməliyyatın həyata keçirilməsi ilə əlaqədar mümkündür.
Belə hallarda bank sirrinin açıqlanması qanunda müəyyən edilmiş çərçivə ilə məhdudlaşır.
