Polis yetkinlik yaşına çatmayanları cinayətkar fəaliyyətə, fahişəliyə, pornoqrafiya tamaşalarında iştiraka və digər əxlaqsız əməllərə cəlb edən şəxsləri müəyyən edə bilər. Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb. Yetkinlik yaşına çatmayanlara qarşı digər qanunazidd əməllər törədən şəxslər də polis tərəfindən aşkar edilə bilər. Həmçinin uşaqların tərbiyəsi, təhsili və saxlanılması üzrə vəzifələrini üzrsüz səbəblərdən yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər, qanuni nümayəndələr və vəzifəli şəxslər müəyyən edilir. Polis həmin şəxslər barəsində səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan tədbirləri görə bilər.
