İcra haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasından və “İcra haqqında” Qanundan ibarət əsas hüquqi bazaya söykənir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanunvericiliyə “Dövlət icra məmurları haqqında” və “Xüsusi icra məmurları haqqında” qanunlar da daxildir.
Mülki Prosessual Məcəllə və digər qanunvericilik aktları da icra haqqında qanunvericiliyin tərkibinə aid edilir.
İnzibati cərimə tətbiq edilməsi barədə qərarların icrası isə İnzibati Xətalar Məcəlləsinin müvafiq tələbləri nəzərə alınmaqla həyata keçirilir.