İcra sənədində məhkəmənin və ya sənədi verən digər orqanın adı göstərilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Sənəddə onun verilməsinə əsas olan iş və ya materiallar, onların nömrələri və qərarın qəbul edildiyi vaxt qeyd olunur.
Tələbkar və borclu fiziki şəxslərin, habelə hüquqi şəxslərin qanunda nəzərdə tutulan identifikasiya və ünvan məlumatları sənəddə əks etdirilir.
Həmçinin qərarın nəticə hissəsi, onun qüvvəyə mindiyi vaxt, icra sənədinin verildiyi tarix və icraya yönəldilməsi müddəti göstərilir.