İcra sənədinin qaytarılması zamanı yol verilmiş pozuntular barədə onu vermiş məhkəməyə və ya digər orqana məlumat verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, müəyyən edilmiş pozuntular üç gün müddətində aradan qaldırılmalıdır.
Pozuntular aradan qaldırıldıqdan sonra həmin icra sənədi yenidən icra məmuruna göndərilməlidir.
Beləliklə, sənədin qanunun tələblərinə uyğunlaşdırılmasından sonra icraatın başlanmasına imkan yaradılır.