İcra sənədinin verilməsi üçün əsas olmuş qərarın izahına ehtiyac yarandıqda icraat dayandırılır. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. İcra məmuru qərarın və ya qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət edə bilər. Bu halda həmin müraciətə baxılanadək icra sənədi üzrə icraat dayandırılır. Tələbkarın müvafiq xahişi olduqda da qanunla müəyyən edilmiş əsaslarla icraatın dayandırılması mümkündür.
