Məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Tələbkarla borclu arasında barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə də icraata xitam verilir. Tələbkarın və ya borclunun ölümü, ölmüş elan edilməsi və ya xəbərsiz itkin düşmüş hesab edilməsi də müəyyən hallarda xitam üçün əsasdır. Bu halda məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələb və ya vəzifələrin vərəsəyə və ya əmlakı idarə edən şəxsə keçməsi mümkün olmamalıdır.