Yaşayış yeri bir və ya bir neçə şəxsin müvəqqəti və ya daimi yaşaması üçün istifadə etdiyi yer hesab olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Bu anlayışa ev, mənzil, bağ evi, mehmanxana, sanatoriya, pansionat, yataqxana və digər yaşayış yerləri daxildir.
Qanunda həmçinin dəniz gəmisinin kayutu və uzaq səfərdə olan qatarın kupesi yaşayış yeri kimi müəyyən edilir.
Qanunun məqsədləri üçün fiziki şəxsin xidməti kabineti, ona məxsus çəpərli torpaq sahəsi, avtomobili, çay və dəniz gəmisi də yaşayış yeri anlayışına daxil edilir.