
Polis əməkdaşı qanunla müəyyən edilmiş səlahiyyətlərini yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Azərbaycan Respublikasının ərazisində olan bütün fiziki və hüquqi şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.
Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Ona müqavimət göstərmək, zor işlətmək və ya polis əməkdaşını təhqir etmək də məsuliyyət yaradır.
