Polis əməkdaşı cinayətdən, digər hüquqpozmalardan və bədbəxt hadisələrdən zərərçəkmiş şəxslərə yardım göstərilməsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Həyatı və sağlamlığı üçün təhlükəli vəziyyətə düşmüş köməksiz şəxslərə də yardım və ilk tibbi yardım göstərilməsi təmin edilməlidir.
Tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmaması da polis əməkdaşının vəzifələrindəndir.
Təbii fəlakət, qəza və digər fövqəladə hallar zamanı polis insanların və əmlakın xilas edilməsi tədbirlərində iştirak edir.
