Polis cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsini təmin etməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Polis haqqında” qanunda əksini tapıb.
Polis hüquqi və fiziki şəxslərin əmlakını hüquqa zidd əməllərdən də qoruyur.
Azyaşlılar arasında hüquq qaydasının pozulmasının və nəzarətsizliyin qarşısının alınmasında polis digər dövlət orqanları və ictimai təşkilatlarla birlikdə iştirak edir.
Polis qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri də yerinə yetirir.