Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan İtaliyaya 5 511 082,12 min ABŞ dolları dəyərində 8 881 441,48 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Heftelik.az  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanın ümumi neft ixracında (dəyərinə və həcminə görə – red.) ikinci yerdə Çexiya qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 908 481,16 min dollar dəyərində 1 326 505,29 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda (dəyərinə görə) üçüncü yeri Rumıniya tutur. Yanvar-sentyabr aylarında bu ölkəyə 644 318,31 min dollar 1 014 014,22 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 10-dan çox ölkəyə 10 103 482,51 min dollarlıq 15 829 589,9 ton neft ixrac edib.

Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin dəyərinə görə):

№ÖlkələrStatistik dəyər (min ABŞ dolları)Miqdar (ton)
–Cəmi10 103 482.5115 829 589.90
1İtaliya5 511 082.128 881 441.48
2Çexiya908 481.161 326 505.29
3Rumıniya644 318.311 014 014.22
4Hindistan399 206.99524 337.96
5Almaniya395 749.80627 441.82
6Tunis266 294.27429 376.15
7Bolqarıstan253 113.50358 842.99
8İndoneziya224 640.09356 500.04
9Portuqaliya221 958.01395 031.62
10İsveçrə193 596.32272 501.37
11Digərləri1 085 041.941 643 596.98