İcra sənədi icraya yönəldilənədək borclunun əmlakına həbs qoyulmayıbsa, həbs bir qayda olaraq məhkəmənin qərardadı ilə tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Məhkəmə qərardadı icra məmurunun əsaslandırılmış təqdimatı əsasında qəbul edilir.
Təxirəsalınmaz hallarda əmlakın məhv edilməsi, zədələnməsi, korlanması, gizlədilməsi və ya özgəninkiləşdirilməsi təhlükəsi barədə dəqiq məlumat olduqda icra məmuru məhkəmə qərarı olmadan həbs qoya bilər.
Belə halda icra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir.