Tələb borclunun nağd puluna, bank və digər kredit təşkilatlarındakı hesab və əmanətlərinə, elektron pul təşkilatlarındakı vəsaitlərinə və digər əmlakına yönəldilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Tələbin həcmi müəyyən edilərkən icra sənədinin icrası ilə yanaşı, icra ödənişinin və icra hərəkətləri üzrə xərclərin ödənilməsi də nəzərə alınır.
Əmlakın üzərinə həbs qoyulması barədə qəbul edilmiş qərar haqqında bir iş günündən gec olmayaraq Elektron Hökumət İnformasiya Sistemində müvafiq qeyd aparılmalıdır.
Beləliklə, həbs və digər icra tədbirləri tələb olunan məbləğ və həcmdən artıq olmamaqla tətbiq edilir.