Tərəflərdən biri ilə qohumluq əlaqəsi olan və ya icraatın nəticəsində maraqlı olan icra məmuru, tərcüməçi və mütəxəssis icraatda iştirak edə bilməz.
Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb.
Onların obyektivliyinə və qərəzsizliyinə şübhə yaradan kifayət qədər əsaslar olduqda da etiraz edilə bilər.
Belə əsaslar yarandıqda həmin şəxslər özlərinə etiraz etməli, tələbkar və borclu da müvafiq etirazla çıxış edə bilərlər.
Etiraz əsaslandırılmalı, yazılı şəkildə verilməli və icra hərəkətlərinə başlanmazdan əvvəl bildirilməlidir.
