Müəyyən olunmuş qaydada xəbərsiz itkin düşmüş hesab edilən şəxsin əmlakının mühafizəsi və idarə olunması üçün təyin edilmiş qəyyum icraatda onun qanuni nümayəndəsi kimi iştirak edir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Ölmüş və ya müəyyən olunmuş qaydada ölmüş elan edilmiş şəxsin varisinin iştirak etməli olduğu icraatda da qanuni nümayəndəlik məsələsi nəzərdə tutulur. Bütün vərəsələr mirasdan imtina etdikdə miras əmlakın idarə olunması üçün təyin edilmiş qəyyum varisin qanuni nümayəndəsi kimi iştirak edir. Bu şəxslər icraat zamanı qanunla müəyyən edilmiş qaydada təmsil etdikləri şəxslərin hüquq və mənafelərini qoruyurlar.
