Yetkinlik yaşına çatmayan və ya tam fəaliyyət qabiliyyəti olmayan şəxslərin icraatda hüquqları qanuni nümayəndələri tərəfindən həyata keçirilir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Qanuni nümayəndələr sırasında valideynlər, övladlığa götürənlər, qəyyumlar və himayəçilər göstərilir. 16 yaşından 18 yaşınadək şəxslər tam fəaliyyət qabiliyyətli hesab edildikdə icraatda müstəqil iştirak edə bilərlər. Qanunvericilikdə nəzərdə tutulan hallarda həmin şəxslər mülki, ailə, əmək və inzibati hüquq münasibətlərindən yaranan işlər üzrə hüquq və qanuni mənafelərini şəxsən müdafiə edə bilərlər.
