İcra sənədinin qaytarılması və avans ödənişinin geri verilməsi barədə icra məmuru qərar qəbul edir. Heftelik.az-ın məlumatına görə, bu, “İcra haqqında” qanunda əksini tapıb. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiqlənir. Tərəflər qərarın surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Bu qayda icra sənədinin qaytarılması və avans ödənişinin qaytarılması ilə bağlı qərarlara məhkəmə nəzarətini təmin edir.