Müvəqqəti inzibatçının fəaliyyətinə xitam verildikdən sonra onun üçün yekun hesabat öhdəliyi müəyyən edilir. Heftelik.az-ın məlumatına görə, bu, “Banklar haqqında” qanunda əksini tapıb. Müvəqqəti inzibatçı fəaliyyətinə xitam verildikdən sonra 30 gün müddətində yekun hesabat hazırlamalıdır. Hesabat Mərkəzi Banka təqdim edilir. Bu sənəd müvəqqəti inzibatçının fəaliyyəti və bankın rezolyusiyası çərçivəsində görülmüş işlərin yekunlaşdırılmasına xidmət edir.
